Tanınmış türkiyəli bloger Enes Batur ölümdən dönüb.
Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Batur avtomobil qəzası keçirib. Maşının idarə etməsini itirən bloger ilk öncə ağaca, daha sonra yol kənarında dayanan maşına çırpılıb. Qəza nəticəsində onun maşını tanınmaz hala düşüb.