"Əl-Cəzirə” telekanalı Azərbaycanın işğaldan azad olunmuş Ağdam rayonundan reportaj yayımlayıb.
Lent.az xəbər verir ki, reportajda Azərbaycan Ordusunun 30 ilə yaxın müddətdə Ermənistanın nəzarətində qalmış Ağdam rayonuna daxil olduğu bildirilir. Qeyd edilir ki, əldə edilmiş razılaşmaya əsasən Ermənistan Ağdamı Azərbaycana geri qaytarıb.
Telekanalın Ağdama ezam olunmuş müxbiri rayonun dağıntılar altında qaldığını bildirir. O deyir: “Ağdamda dağıntılardan başqa heç nə yoxdur. Hətta şəhərin mərkəzi belə vandalizmə məruz qaldıqdan sonra tərk edilib. Buranın yerli əhalisi artıq geri qayıtmaq istəyir”.
Reportajda ərazinin minalandığı, yalnız bir neçə saat ərzində buradan 150-yə yaxın mina tapıldığı diqqətə çatdırılır.
Vurğulanır ki, Ağdamın bir zamanlar məşhur olan Mədəniyyət Mərkəzi də tamamilə dağıdılıb.
Reportajda Azərbaycan rəsmilərinə istinadla ölkənin uğurları müharibə yolu ilə əldə etdiyi bildirilir. Bununla yanaşı, o da qeyd edilir ki, Ağdam tək bir silah işlətmədən, itki vermədən geri qaytarıldı. Dörd gün sonra ermənilər Kəlbəcər, ayın sonunda isə Laçın rayonlarından çıxmalıdırlar.

"Əl-Cəzirə”: Ağdamda heç nə qalmayıb
Oxşar yazılar

“Golden Beach”də FACİƏ: "tok" vurub öldürdü
3 iyul 2025 , 09:47
Siyəzən şəhər sakininin meyidi Bakıda tapıldı
3 iyul 2025 , 09:41
Məcburi köçkünlərlə bağlı məhkəməyə 105 müraciət olub
3 iyul 2025 , 09:11
Masazırda baş verən yanğın söndürüldü - VİDEO
3 iyul 2025 , 00:05
Yekaterinburqda həbs olunan azərbaycanlıların sayı 8-ə çatdı
2 iyul 2025 , 20:52
Yekaterinburqda həbs olunan azərbaycanlıların sayı yeddiyə çatdı
2 iyul 2025 , 19:37Qadını barda saxlamaq üçün 13 polis gəldi
2 iyul 2025 , 19:12
Tərtərdə 40 yaşlı kişini ilan sancdı: Bakıya göndərildi
2 iyul 2025 , 18:43