38 yaşlı kişi özünü asdı
20 noyabr 2020 10:14 (UTC +04:00)

38 yaşlı kişi özünü asdı

İsmayıllı rayonunda intihar hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Göytəpə kəndində qeydə alınıb. Kənd sakini, 1982-ci il təvəllüdlü Seyidov Xəyyam Sadıq oğlu yaşadığı evdə özünü kəndirlə asıb. Ailə üzləri hadisədən gec xəbər tutub, onun meyitini tapıblar.

Onun özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1479

Oxşar yazılar