İran XİN başçısı Azərbaycana səfər edəcək
19 noyabr 2020 20:00 (UTC +04:00)

İran XİN başçısı Azərbaycana səfər edəcək

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycana səfər edəcək.  

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə öz "Twitter" səhifəsində yazıb.

"Doktor Zərif noyabrın 23-24-də region ölkə rəhbərləri ilə danışıq aparmaq məqsədilə Rusiya və Azərbaycana səfər edəcək".

S.Xətibzadə bildirib ki, Dağlıq Qarabağ və bölgədə baş verən proseslər .Zərifin Azərbaycan və Rusiya rəsmiləri ilə danışıqlar  mövzusudur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1719

Oxşar yazılar