"Azərbaycana qarşı “İsgəndər” raketlərindən istifadə edilib" - Erməni general
19 noyabr 2020 17:11 (UTC +04:00)

"Azərbaycana qarşı “İsgəndər” raketlərindən istifadə edilib" - Erməni general

Dağlıq Qarabağda hərbi əməliyyatlar zamanı “İsgəndər” operativ-taktiki raket kompleksindən istifadə olunub.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə bu gün Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin sabiq müavini, Müdafiə Nazirliyinin (MN) Hərbi Nəzarət Xidmətinin sabiq rəisi general-leytenant Movses Akopyan jurnalistlərə bildirib.

“Lakin hansı istiqamətdə istifadə olunduğunu deyə bilməyəcəyəm”, - deyə erməni general vurğulayıb.

# 3595
avatar

Oxşar yazılar