Bu rayonda maşınla vurulan 2 piyada öldü
19 noyabr 2020 15:41 (UTC +04:00)

Bu rayonda maşınla vurulan 2 piyada öldü

Bərdədə baş verən 2 yol-nəqliyyat hadisələri zamanı iki piyada ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a  verilən məlumata görə, rayonun Qasımbəyli kəndi ərazisində kənd sakini A.Hidayətli idarə etdiyi “Lada-2110” markalı avtomobillə yolu keçən şəhər sakini Pərviz Əhmədovu vurub. Qəza nəticəsində ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Analoji hadisə şəhər mərkəzində qeydə alınıb.

Şəhər sakini R.Məmmədov idarə etdiyi “Opel” markalı  avtomobillə yolu keçən Otuzikilər kənd sakini Məhəmməd Xəlilovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hər iki hadisə ilə bağlı rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2421

Oxşar yazılar