538
14:32
18 Noyabr 2020

Türkiyənin hərbçilərini Azərbaycana göndərməsi ilə bağlı Rusiyadan AÇIQLAMA

Türkiyənin öz hərbçilərini Azərbaycana göndərməsi Ankaranın suveren qərarıdır.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.

“Türkiyə parlamentinin qoşunların Azərbaycana göndərilməsi haqqında qərarı Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında imzalanan Qarabağla bağlı üçtərəfli bəyanata təsir edir?” sualına rusiyalı diplomat belə cavab verib: “Xeyr. Bu onun suveren qərarıdır, hansı ki, görünür türkiyəli hərbçilərin sülhməramlı mərkəzdə rusiyalı hərbçilərlə birgə iştirakı ilə bağlıdır. Rusiya və Türkiyə hərbçiləri birlikdə razılaşmanın həyata keçirilməsi ilə bağlı vəziyyətin texniki müşahidəsi ilə məşğul olacaqlar”.

Dİgər xəbərlər