İsmayıllıda kottec yanıb.
Lent.az FHN-in saytına istinadən xəbər verir ki, rayonun Kürdmaşı kəndində ümumi sahəsi 15 m² olan kottecin yanar konstruksiyaları və yaxınlıqda ümumi sahəsi 15 m² olan digər kottecin taxtadan ibarət dam örtüyü yanıb. Kottecin qalan hissəsi və yaxınlıqdakı tikili yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.