155
04:10
18 Noyabr 2020

TƏBİB: Oqtay Gülalıyevdə COVID-19 virusu aşkar edildi

TƏBİB hüquq müdafiəçisi Oqtay Gülaliyevin ailəsinin müraciətini əsasında onun sağlamlıq vəziyyəti ilə maraqlanıb, bədən temperaturunun yüksək olması nəzərə alınaraq xəstəxanaya köçürülməsi üçün noyabrın 16-da COVID-19 testi götürülüb.

TƏBİB-dən APA -ya verilən məlumata görə, testin noyabrın 17-də açıqlanan nəticəsinə əsasən Oqtay Gülalıyevdə COVID-19 virusu aşkar edilib.

Təcili və Təxirəsalınmaz Tibbi Yardım xidməti Oqtay Gülalıyevin xüsusi rejimli xəstəxanaya yerləşdirilməsini uyğun bilsə də, ailəsi bundan imtina edib və müalicənin ev şəraitində davam etdirilməsini istəyib. Noyabrın 17-də axşam saatlarında ailəsi Oqtay Gülalıyevin COVID-19 simptomlarının artdığını bildirərək onun xəstəxanaya yerləşdirilməsini xahiş edib. Hazırda Oqtay Gülalıyev xüsusi rejimli xəstəxanaya - "Yeni Klinika" tibb müəssisəsinə yerləşdirilib.

Dİgər xəbərlər