71
15:31
17 Noyabr 2020

Arvadının boğazını kəsən 68 yaşlı kişi MƏHKƏMƏDƏ

Bakıda arvadının boğazını kəsib öldürən Zeynalov Əlixan Mahmud oğlu şərti azadlığa buraxılması üçün məhkəməyə müraciət edib.

Lent.az -ın məlumatına əsasən, Binəqədi rayon məhkəməsində keçiriləcək prosesə hakim Vüqar Məmmədov sədrlik edəcək.

Qeyd edək ki, 68 yaşlı Ə.Zeynalov bu ilin mart ayında Biləcəri qəsəbəsində yaşadıqları evdə 64 yaşlı həyat yoldaşı Xanım Zeynalovanın boğazını kəsib və polisə gedərək törətdiyi əməli etiraf edib. Araşdırma zamanı onun qadına ümumilikdə 4 bıçaq zərbəsi vurduğu müəyyən edilib.

Dİgər xəbərlər