78
17:49
16 Noyabr 2020

Bakıda yağışın təsirindən aşan hasar qaz xəttini zədələdi - FOTO

Noyabrın 16-da Bakıda intensiv yağan yağış Suraxanı rayonu, Zığ qəsəbəsi, Xanlar küçəsində vətəndaşa məxsus hasarı aşırıb.

"Azəriqaz” İstehsalat Birliyindən Lent.az -a verilən məlumata görə, bu zaman ərazidən keçən 108 mm diametrində olan qaz xəttinin 80 metrlik hissəsi və 5 ədəd qaz sayğacı hasarın altında qalaraq zədələnib. Nəticədə S. Həmidov, Xanlar, H. Allahverdiyev küçələrindəki 120 abonentin qaz təchizatında müvəqqəti məhdudiyyət yaranıb. Qaz təchizatının bərpası məqsədilə “Azəriqaz” İstehsalat Birliyinin Qəza təmir-bərpa xidmətinin əməkdaşları artıq həmin ərazidə operativ işə başlayıb.

Dİgər xəbərlər