Bu koronavirus peyvəndi yoluxmanın qarşısını 90 faizdən çox almaqda təsirlidir
16 noyabr 2020 16:44 (UTC +04:00)

Bu koronavirus peyvəndi yoluxmanın qarşısını 90 faizdən çox almaqda təsirlidir

ABŞ-ın biotexnologiya şirkəti “Moderna” Inc. klinik sınaqdan keçirdiyi COVID-19 əleyhinə potensial peyvəndin infeksiyaya yoluxmanın qarşısını almaqda 94,5% təsirli olduğunu açıqlayıb. 

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu nəticə potensial peyvəndin sonuncu sınaq mərhələsində əldə olunub.  

“COVID-19-u dayandıra biləcək bir peyvəndə sahib olacağıq”, - deyə şirkətin prezidenti Stephen Hoge açıqlamasında deyib. 

Klinik sınaqda iştirak etmiş 95 nəfərdən yalnız 5 nəfər infeksiyaya yoluxub. 

“Moderna” peyvəndinin əsas üstünlüyü onun “Pfizer”in peyvəndindən fərqli olaraq ultra soyuq anbara ehtiyac duymamasıdır. “Moderna”nın potensial peyvəndi 2-8 dərəcə arasında olan soyuducuda 30 gün, altı aya qədər isə 20 dərəcə temperaturda saxlanıla bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 742

Oxşar yazılar