İranda ölənlərin sayı 42 minə çatır
16 noyabr 2020 15:05 (UTC +04:00)

İranda ölənlərin sayı 42 minə çatır

İranda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 486 nəfər vəfat edib.

APA-nın xəbərinə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkədə indiyədək koronavirusdan ölənlərin sayı 41 979 nəfərə çatıb.

İranda son sutkada koronavirusa 13 053 yeni yoluxma qeydə alınıb. Bununla da İranda indiyədək COVID-19-a yoluxanların ümumi sayı 775 121 nəfərə çatıb.

Xəstəlikdən 564 699 nəfər sağalıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10611

Oxşar yazılar