Sumqayıtda narkotik ilə saxlanılan şəxsin evindən odlu silah aşkarlanıb
14 noyabr 2020 16:24 (UTC +04:00)

Sumqayıtda narkotik ilə saxlanılan şəxsin evindən odlu silah aşkarlanıb

0

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının Sumqayıt şəhəri ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən R.Quliyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 600 qrama yaxın marixuana, yaşadığı H.Z.Tağıyev qəsəbəsindəki evə baxış zamanı isə  oradan 1 kiloqrama yaxın marixuana, 45,730 qram həşiş, 1 ədəd elektron tərəzi, 1 ədəd müvafiq sənədləri olmayan, nömrəsi və markası bilinməyən ov tüfəngi, 35 ədəd patron və 1 ədəd süngü bıçaq aşkar edilərək götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 937

Oxşar yazılar