Noyabrın  15-də gözlənilən hava proqnozu - XƏBƏRDARLIQ
14 noyabr 2020 12:25 (UTC +04:00)

Noyabrın  15-də gözlənilən hava proqnozu - XƏBƏRDARLIQ

Noyabrın 15-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə duman, çiskinli olacağı, axşama doğru  isə yağış yağacağı gözlənilir. 

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz  12-14, Bakıda gecə 7-9 gündüz 12-14 dərəcə isti olacaq. 

Atmosfer  təzyiqi normadan yüksək 767 mm civə sütunu təşkil edəcək,  nisbi rütubət  70-80  faiz olacaq.  
Noyabrın 15-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şərq rayonlarında yağış yağacağı, duman olacağı  gözlənilir. Şərq küləyi əsəcək.  Havanın temperaturu  gecə 5-9,  gündüz 11-16, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz  3-7 dərəcə  isti olacaq.   

Noyabrın 15-i axşamdan 18-dək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. 

Noyabrın 15-i axşam şərq rayonlarında, 16-sı axşamdan isə əksər rayonlarda arabir yağış gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. Havanın temperaturu tədricən 5-7° aşağı enəcək. Çaylarda sululuğun artacağı istisna olunmur. Qeyri-sabit hava şəraiti ikinci ongünlüyün sonunadək davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1065

Oxşar yazılar