185
19:07
13 Noyabr 2020

“Ümid edirəm ki, artıq “Dağlıq Qarabağ münaqişəsi” ifadəsindən istifadə etməyəcəyik” - Putin

Rusiya Prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyqu, xarici işlər naziri Sergey Lavrov, fövqəladə hallar naziri Yevgeniy Ziniçev və Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikovla Dağlıq Qarabağ rayonunda humanitar məsələlərlə bağlı iclas keçirib.

Kremlin mətbuat xidmətindən APA -nın Moskva müxbirinə verilən məlumata görə, iclasda Rusiya Prezidenti Dağlıq Qarabağda humanitar məsələlərin həll edilməsi və mülki infrastrukturun bərpa olunması məqsədi ilə Qurumlararası Humanitar Mərkəzin yaradılması haqqında məlum verib.

“Biz bura Dağlıq Qarabağ münaqişəsi zonasındakı mövcud vəziyyəti müzakirə etmək üçün toplaşmışıq. Ümid edirəm ki, bundan sonra artıq “Dağlıq Qarabağ münaqişəsi” ifadəsindən istifadə etməyəcəyik”, - V. Putin bildirib.

Dİgər xəbərlər