123
10:51
13 Noyabr 2020

Bakıda dezinfeksiya XƏBƏRDARLIĞI

COVID-19-a yoluxanlarının sayında artımın olması nəzərə alınaraq, noyabrın 14-15-də kommunal xidmətlərin xüsusi texnikası və əməkdaşları tərəfindən Bakı şəhəri üzrə əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bu barədə Lent.az -a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixlərdə küçəyə çıxmamaq xahiş olunur.

Dİgər xəbərlər