Qarabağdan iraq Kanada: Hokkey ölkəsi Ermənistandan betər ermənilik edir
12 noyabr 2020 16:32 (UTC +04:00)

Qarabağdan iraq Kanada: Hokkey ölkəsi Ermənistandan betər ermənilik edir

44 gün davam edən Vətən müharibəsi Azərbaycanın hərbi və siyasi qələbəsiylə nəticələndi. Amma  Azərbaycanın beynəlxalq hüquqla təsbit olunmuş torpaqlarının 30 ilə yaxın davam edən işğalına son qoyması deyəsən bəzi beynəlxalq güclərin qıcığına səbəb olub. Yüz minlərlə azərbaycanlının insan hüquqlarının pozulmasını görməyən, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin həyata keçirilməsini dəstəkləyəcək hər hansı bəyanatla çıxış etməyən ölkələrdən biri də Kanadadır. 

 Azərbaycana qarşı Ermənipərəst bəyanatla çıxış edən Kanadaya ilk sərt reaksiya Azərbaycan XİN-dən gəldi. 

“Kanada Xarici İşlər nazirinin Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatların dayandırılması ilə bağlı verdiyi, ermənipərəst hisslərin açıq şəkildə ifadə olunduğu birtərəfli bəyanat təəssüf doğurur”. 
Lent.az-ın məlumatına görə, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir. “Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalını və yüz minlərlə azərbaycanlının insan hüquqlarının pozulmasını qınayan, bu illər ərzində aparılan danışıqlar prosesinə töhfə verəcək və BMT TŞ-nin müvafiq qətnamələrinin həyata keçirilməsini dəstəkləyəcək hər hansı bəyanatla çıxış etməyən Kanada xarici işlər naziri, görünür, indi münaqişə ilə məşğul olmağa başlayıb. Xatırladırıq ki, Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatların dayandırılması və tam atəşkəsin elan olunması ilə bağlı birgə bəyanat 10 noyabr 2020-ci il tarixində Azərbaycan Prezidenti, Ermənistan Baş naziri və Rusiya Prezidenti tərəfindən imzalanıb. BMT TŞ qətnamələrinə əsaslanan bu razılaşma hazırda həyata keçirilməkdədir. Heç bir dövlət, xüsusilə də ərazidən çox uzaqda yerləşənlər, bölgədə sülh və təhlükəsizliyin təmin olunmasında bölgə ölkələrindən daha çox maraqlı ola bilməz. Kanada, həqiqətən də, bölgədə dayanıqlı sülhün təmin olunmasını istəyirsə, o zaman beynəlxalq hüquq prinsiplərinin və BMT TŞ qətnamələrinin tələblərinə uyğun davranmalı və bu ruhda bəyanatlarla çıxış etməlidir. Bunun əksi münaqişənin siyasi həllinə və beləliklə, bölgədə sülhün bərqərar olmasına zərər verməkdən başqa bir şey deyildir”.

Kanada kimi çox uzaqda yerləşən, xalqların və münaqişənin tarixinə bələd olmayan bir dövlət regionda sülh və təhlükəsizliyin təmin olunmasında bölgə ölkələrindən daha çox maraqlı ola bilməz. Ümumiyyətlə, Kanada kimi bir dövlət verdiyi açıqlamalarda beynəlxalq hüququn prinsiplərinin aliliyini rəhbər tutmalıdır. Politoloq Şəbnəm Həsənovanın açıqlmasına görə, bölgədə dayanıqlı sülhün təmin olunmasına mane olan hər hansı bir açıqlamanın verilməsi Kanadanın bir dövlət kimi beynəlxalq münasibətlər sistemində imicinə də xələl gətirir. “Xüsusi qeyd olunmalı bir məsələ də radikal müxalifətin indi Fransa və digər ermənipərəst ölkələrdən yeni təlimat alaraq Azərbaycana qarşı olan tezislərlə çıxış etməyə başlamasıdır. Bu davranış heç də təsadüfi xarakter daşımır. Müharibənin əvvəlində özlərini xalqa vətənpərvər kimi təqdim edən bu insanlar indi müxtəlif bəhanələrlə əldə olunan tarixi Qələbənin əhəmiyyətini azaltmağa, cəmiyyətdə zərərli müzakirələrə yol açmağa və bununla da həm öz himayədarlarının sifarişlərini yerinə yetirməyə, həm də gündəmdə qalmağa cəhd göstərirlər ki, bu da mümkünsüzdür” - Ş.Həsənova bildirib.

Görünür, hokkey ölkəsində bu həqiqəti başa düşmək istə

# 748
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar