22
15:53
12 Noyabr 2020

Bu şəxslər üçün elektron sınaq imtahanı keçiriləcək - RƏSMİ

Dövlət İmtahan Mərkəzi doktorantura və dissertanturaya qəbul olmaq istəyən şəxslərin xarici dil (ingilis, fransız və alman dilləri) üzrə qəbul imtahanına daha səmərəli hazırlaşmalarına kömək etmək məqsədilə elektron sınaq imtahanı keçirəcək.

DİM-dən Lent.az -a verilən məlumata görə, sınaq imtahanı 2020-ci il noyabrın 20-də doktoranturaya xarici dil üzrə qəbul imtahanının modeli əsasında keçiriləcək və 2 saat 30 dəqiqə davam edəcək (dinləyib-anlama, oxuyub-anlama və dildən istifadə (leksik-qrammatik tapşırıqlar) bloklarından ibarət test tapşırıqlarının cavablandırılmasına 1 saat 30 dəqiqə, esse yazısına 1 saat vaxt ayrılır).

Namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında (keçmiş Bakı Asiya Universitetinin binası) xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər. İmtahanda iştirak etmək üçün onlayn qeydiyyat noyabrın 19-u saat 14.00-da başa çatacaq.

Qeydiyyatdan keçmək üçün https://eservices.dim.gov.az/elimt/DocSinaq keçidinə daxil olmaq lazımdır.

Dİgər xəbərlər