Soyuq havalar yaxınlaşır, bəs istilik? - RƏSMİ CAVAB
12 noyabr 2020 13:53 (UTC +04:00)

Soyuq havalar yaxınlaşır, bəs istilik? - RƏSMİ CAVAB

“2020-2021-ci illər payız-qış mövsümünə hazırlıqla əlaqədar “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq istilik təchizatı obyektlərinin mövsümə hazırlanması ilə bağlı tədbirlərin icrası başa çatdırılıb”.

Bu barədə Lent.az-ın sorğusuna cavab olaraq “Azəristiliktəchizat”ın Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev məlumat verib. O bildirib ki, istilik mövsümünün respublikanın dağ və dağətəyi rayonlarında noyabrın 1-dən, digər ərazilərdə, o cümlədən Bakı şəhərində noyabrın 15-dən başlanılacaq:

“Mövsüm ərzində cəmiyyətə məxsus 559 qazanxana istismar edilməklə 3870 yaşayış binası, o cümlədən 182,0 minə yaxın mənzil, 287 məktəb, 159 uşaq bağçası, 162 səhiyyə müəssisəsi və 1950 digər sosial və təsərrüfat obyektlərinin istiliklə təmin edilməsi nəzərdə tutulub.

Xidmət rəisi bildirib ki, payız-qış mövsümü ilə əlaqədar istehlakçılar tərəfindən də yaşayış binaları, mənzillər və sosial obyektlərdə enerji qoruyucu tədbirlər görülməlidir:

“Binaların ümumi istifadədə olunan hissələrində, pilləkən qəfəslərində və digər yerlərdə qapı və pəncərələrdən istilik itkilərin qarşısının alınması üçün müəyyən işlər görülməli, binadaxili və mənzildaxili istilik sistemləri təkrar yoxlanılmalı, istilik sistemlərində yaranmış su sızmaları və axıntılar dərhal aradan qaldırılmalı, əvvəlki mövsümdə istilikvermə qabiliyyəti zəif olan qızdırıcı cihazlar yuyularaq təmizlənməli və ya yenisi ilə əvəz olunmalı, köhnə polad borulardan olan dik dayaqlarda tutulma halları müşahidə olunduğu zaman həmin dik dayaqlar da yenisi ilə əvəz olunmalıdır”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 883

Oxşar yazılar