“Yuventus”un portuqaliyalı hücumçusu Kriştianu Ronaldu 2003-cü ildən 2009-cu ilədək oynadığı İngiltərənin “Mançester Yunayted” klubuna qayıda bilər.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, İngiltərə klubu 35 yaşlı futbolçuya bununla bağlı təklif edib.
“Yuventus” portuqaliyalını əgər o getmək istəyərsə, buraxmağa hazırdır.
Ronaldu 2018-ci ilin yayında Madridin “Real” klubundan “Yuventus”a keçib.
O, “Mançester Yunayted”lı 9 mükafat qazanmışdı.