Xocavənd polis şöbəsi Hadrutda yerləşdirildi
11 noyabr 2020 15:58 (UTC +04:00)

Xocavənd polis şöbəsi Hadrutda yerləşdirildi

Xocavənd polis şöbəsi Hadrutda yerləşdirilib.

Lent.az məlumat verir ki, bunu trend-ə Xocavənd rayon icra hakimiyyətinin başçısı Eyvaz Hüseynov deyib.

O bildirib ki, Hadrutda komendatura yaradılıb və komendant da Xocavənd rayon polis şöbəsinin rəisidir.

E.Hüseynov bildirib ki, Hadrutda müvafiq dövlət orqanları su, işıq, əmlak inventarlaşdırılması və digər məsələlər həyata keçirilir, yəni Prezident İlham Əliyev tərəfindən imzalanan işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərmana uyğun olaraq hər bir dövlət orqanı öz tapşırığını yerinə yetirir.

# 622
avatar

Oxşar yazılar