"Koronavirusdan ölüm halları 1,3% təşkil edib" - Oqtay Şirəliyev
11 noyabr 2020 13:44 (UTC +04:00)

"Koronavirusdan ölüm halları 1,3% təşkil edib" - Oqtay Şirəliyev

AR Səhiyyə Naziri Oqtay Şirəliyev 73-cü Ümumdünya Səhiyyə Assambleyasının onlayn sessiyasında iştirak edib.

Nazirlikdən Lent.az-a verilən məlumata görə, Səhiyyə Naziri qeyd edib ki, bu gün səhiyyə işçilərinin prioriteti COVID-19 pandemiyasına qarşı mübarizə tədbirlərinin əlaqələndirilməsidir. Bundan sonra Oqtay Şirəliyev Azərbaycanda pandemiya ilə mübarizənin başlanmasından keçən müddət ərzində görülmüş kifayət qədər böyük həcmli işlərdən məlumat verib.

Oqtay müəllimin sözlərinə görə, o, Assambleyanın may ayında keçirilmiş sessiya zamanı iştirakçılara Azərbaycanın bu sahədəki təcrübəsi, ölkədə həyata keçirilən genişmiqyaslı tədbirlər barəsində məlumat verib:

“Bəyan etmək olar ki, görülən tədbirlər nəticəsində hazırda ölkədəki koronavirus epidemiyası tamamilə idarə olunur. Bu günə qədər 10 milyon əhalisi olan bir ölkədə təxminən 60 000 insanın xəstələnib, 1,3 milyondan çox test keçirilib, xəstəlikdən irəli gələn ölüm halları 1,3% təşkil edib".

Çıxışını davam etdirən Səhiyyə Naziri vurğulayıb ki, keçən bu müddət ərzində bir çox ölkələr koronavirusla mübarizə sahəsində müəyyən təcrübə qazanıb və bu təcrübələrin mübadiləsi bu gün əməkdaşlığın ən vacib sahələrindən birinə çevrilməlidir. Bir çox ölkədə xəstəlik hallarının sayının sürətlə artmasının, şübhəsiz ki, daha da böyük sosial-iqtisadi nəticələrə gətirib çıxaracağını bildirən Oqtay Şirəliyev Azərbaycan Prezidentinin təşəbbüsü ilə cari ilin dekabr ayının 3-ü və 4-də BMT-nin Baş Assambleyasının COVID-19-la mübarizəyə həsr olunmuş xüsusi iclasının keçiriləcəyi haqqında xəbər verib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 891

Oxşar yazılar