“Lokdaun” ilin sözü seçildi
10 noyabr 2020 12:20 (UTC +04:00)

“Lokdaun” ilin sözü seçildi

“Collins English Dictionary” 2020-ci ilin əsas sözünü elan edib. 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu söz “lokdaun” (lockdown) olub.

“Lokdaun” və ya təcrid rejimi yeni növ koronavirus səbəbi ilə 2020-ci ildə bir sıra ölkələrdə tətbiq edilib.

Mütəxəssislər bu sözü “dünyadakı milyardlarla insanı birləşdirdiyi üçün” seçiblər. Leksikoqraflar ötən il dörd min dəfə işlədilən sözlə müqayisədə 2020-ci ildə “lokdaun” sözünün 250 mindən çox istifadə edildiyini müəyyən ediblər. 

İlin sözü seçilməyə namizədlər arasında “koronavirus” da olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1291

Oxşar yazılar