Rusiya XİN-dən Mi-24 helikopterinin vurulmasına MÜNASİBƏT
10 noyabr 2020 01:43 (UTC +04:00)

Rusiya XİN-dən Mi-24 helikopterinin vurulmasına MÜNASİBƏT

Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan Xarici İşlər Nazirliyinin Rusiyanın Mi-24 hərbi helikopterinin vurulması nəticəsində baş verən faciəvi insidentlə bağlı bəyanatına münasibət bildirib. 

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, Rusiya XİN-in Facebook səhifəsində yayılan məlumatda bildirilib:

“Bakının öz günahını dərhal etiraf etməsi faktını müsbət qiymətləndiririk. Azərbaycan tərəfinin bu insidentin dərhal araşdırılacağı və günahkarların cəzalandırılacağı barədə verdiyi təminatları da qeyd edirik”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1427

Oxşar yazılar