Futbol tarixinin ən bahalı 10 transferi
01 sentyabr 2026 16:47 (UTC +04:00)

Futbol tarixinin ən bahalı 10 transferi

0

“Transfermarkt” futbol tarixində ən yüksək məbləğə başa gələn transferlərin siyahısını açıqlayıb.

Lent.az xəbər verir ki, reytinqə braziliyalı hücumçu Neymar başçılıq edir.

PSJ 2017-ci ildə Neymarın “Barselona”dan transferi üçün 222 milyon avro ödəyib. Bu məbləğ indiyədək futbol tarixinin ən bahalı transferi olaraq qalır.

İkinci pillədə Kilian Mbappe qərarlaşıb. Fransa millisinin ulduzunun “Monako”dan PSJ-yə keçidi 180 milyon avroya başa gəlib.

İlk üçlüyü isə Dortmund “Borussiya”sından “Barselona”ya 148 milyon avroya transfer olunan Usman Dembele tamamlayır.

2026-cı ilin transferləri də siyahıda ciddi dəyişikliklər yaradıb. Morqan Rocersin “Aston Villa”dan “Çelsi”yə, Elliot Andersonun “Nottingem Forest”dən “Mançester Siti”yə keçidi futbol tarixinin ən bahalı transferləri sırasına daxil olub.

“Transfermarkt”ın təqdim etdiyi siyahı belədir:

1. Neymar – “Barselona”dan PSJ-yə – 222 milyon avro

2. Kilian Mbappe – “Monako”dan PSJ-yə – 180 milyon avro

3. Usman Dembele – Dortmund “Borussiya”sından “Barselona”ya – 148 milyon avro

4. Aleksander İsac – “Nyukasl”dan “Liverpul”a – 145 milyon avro

5. Morqan Rocers – “Aston Villa”dan “Çelsi”yə – 138 milyon avro

6. Elliot Anderson – “Nottingem Forest”dən “Mançester Siti”yə – 135 milyon avro

6. Filippe Koutinyo – “Liverpul”dan “Barselona”ya – 135 milyon avro

8. Joao Feliks – “Benfika”dan “Atletiko Madrid”ə – 127,2 milyon avro

9. Cud Bellingem – Dortmund “Borussiya”sından “Real Madrid”ə – 127 milyon avro

10. Bredli Barkola – PSJ-dən “Liverpul”a – 125 milyon avro

10. Yan Diomande – “Leypsiq”dən “Real Madrid”ə – 125 milyon avro

10. Florian Virts – “Bayer”dən “Liverpul”a – 125 milyon avro

Beləliklə, eyni transfer məbləğinə görə 10-cu pilləni üç futbolçu bölüşür.

Qeyd edək ki, transfer məbləğləri müxtəlif mənbələrdə bonuslar və əlavə ödənişlərin hesablanmasına görə fərqlənə bilər. Məsələn, Bredli Barkolanın “Liverpul”a keçidinin ilkin məbləği 125 milyon avro göstərilsə də, bonuslarla ümumi məbləğin daha yüksək ola biləcəyi bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 110

Oxşar yazılar