144
19:56
09 Noyabr 2020

Vladimir Zelenski koronavirusa yoluxdu

Ukrayna Prezidenti Vladimir Zelenski yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın xəbərinə görə, bu barədə Ukrayna Prezidenti "Twitter"də bildirib.

"Bütün karantin tədbirlərinə baxmayaraq, COVID-19 testimin nəticəsi pozitiv çıxdı. Özümü yaxşı hiss edirəm və çoxlu vitamin qəbul edirəm. Özümü təcrid edəcəyəm, lakin işləməyə davam edəcəyəm. Bir çox insan kimi COVID-19-a qalib gələcəyəm. Hər şey yaxşı olacaq!", - deyə Vladimir Zelenski qeyd edib.

Dİgər xəbərlər