Bakı Media Mərkəzi Müzəffər Azərbaycan Ordusuna həsr olunmuş videoçarx hazırladı
08 noyabr 2020 18:13 (UTC +04:00)

Bakı Media Mərkəzi Müzəffər Azərbaycan Ordusuna həsr olunmuş videoçarx hazırladı

Bu gün Azərbaycanın dilbər guşəsi, Qarabağın mirvarisi Şuşa işğaldan azad olundu.

APA-nın məlumatına görə, Bakı Media Mərkəzi bu münasibətlə Azərbaycan Xalqını təbrik edir, Ordumuza yeni qələbələr arzu edir.

“Biz canlarını fəda edən atalarımızı, gözü yaşlı analarımızı, düşmən təcavüzü ilə işğal olunan torpaqlarımızı heç vaxt unutmadıq. Qarabağdan qucaqda gələn körpələr, tank belində əsgər kimi geri döndülər. Biz yenidən öz torpağımız üçün vuruşuruq, Vətənimiz uğrunda vuruşuruq! Döyüş meydanında ədaləti bərpa edirik. Qələbə bizimlədir, Qələbə bizimdir ! Eşq olsun Ali Baş Komandanımıza, Ordumuza! Yaşasın Azərbaycan!"

Bakı Media Mərkəzi Müzəffər Azərbaycan Ordusuna həsr olunmuş videoçarx hazırlayıb.

Həmin videonu təqdim edirik. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1525

Oxşar yazılar