Kəlbəcər istiqamətində PKK terrorçuları məhv edildi
06 noyabr 2020 12:09 (UTC +04:00)

Kəlbəcər istiqamətində PKK terrorçuları məhv edildi

Ermənistan silahlı qüvvələri tərkibində döyüşən PKK terrorçularının növbəti qrupu məhv edilib.

Lent.az ordu.az -a istinadən məlumat verir ki, gecə ərzində düşmənin Kəlbəcər istiqamətində yerləşdirdiyi PKK terrorçuları müxtəlif istiqamətlərdə irəliləməyə çalışaraq terror-təxribat aktları törətməyə cəhd ediblər.

Daxil olmuş əməliyyat məlumatları əsasında, Kəlbəcər istiqamətində terror aktı törətmək niyyətlərinin olduğu aşkarlanıb.

Nəticədə, peyk və PUA çəkilişləri əsasında terrorçuların müvəqqəti cəmləşdiyi ərazi müəyyən edilib və çoxlu sayda heyəti məhv edilib.

Əldə edilən məlumata görə, məhv edilən terrorçuların daxilində “Əl-Həsəkə Hərbi Şurası”nın üzvləri, vaxtilə “Barış Pınarı” əməliyyatında Türkiyə Silahlı Qüvvələrinə qarşı terror aktları törətmiş Əbdülbari Zərdüşt, Seydo Ahmet, Mahir Qabar kimi şəxslər yer alıb.

Qeyd edək ki, gecə ərzində aparılan əməliyyatlar zamanı azı 15 PKK terrorçusu məhv edilib.

# 1090
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar