112
10:18
06 Noyabr 2020

Ticarət mərkəzləri və ictimai nəqliyyatda növbəti REYD

Şabranda koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasına məqsədilə maarifləndrici reyd keçirilib.

DİN mətbuat xidmətinin Quba regional qrupundan Lent.az -a verilən məlumata görə, reyd əsasən rayon ərazisində xidmət göstərən ticarət mərkəzlərində və digər qapalı obyektlərdə, eləcə də ictimai nəqliyyatda baş tutub. Şöbə əməkdaşları tərəfindən sakinlərə pandemiya ərəfəsində həyata keçirilən tədbirlər barəsində geniş məlumatlar verilib, onlarla maarifləndirici söhbətlər aparılıb.

Vətəndaşlara tibbi maskadan istifadənin və sosial məsafənin gözlənilməsinin vacibliyini diqqətə çatdıran polislər, qaydaları kobud şəkildə pozan şəxslər barəsində inzibati qaydada tədbirlər görüblər.

Dİgər xəbərlər