155
08:00
06 Noyabr 2020

Karantin rejimi nə vaxt bitəcək? - Boris Consondan müjdə:

“Dörd həftəlik karantin rejimi Britaniyada koronavirus infeksiyasının ikinci dalğasını minimuma salmaq üçün kifayət edəcək”.

APA “Sky News” telekanalına istinadən xəbər verir ki, bunu cümə axşamı Böyük Britaniyanın Baş naziri Boris Conson mətbuat konfransında yeni qüvvəyə minmiş məhdudlaşdırıcı tədbirlərdən danışarkən qeyd edib.

Baş nazir bildirib ki, ona verilən məlumata görə, görülən tədbirlərin real təsir gücü üçün dörd həftə kifayətdir: “Bu tədbirlərin müddəti dekabrın 2-də bitəcək”.

O, hökumət tərəfindən tətbiq edilən yeni məhdudiyyətlərin dekabr ayında nəticə verəcəyinə ümid etdiyini bildirərək, optimist fikirlər səsləndirib: “Məhdudlaşdırıcı tədbirlər 25 dekabrda qeyd edilən Milad Günü insanların bir araya gəlməsinə imkan verəcək”.

Dİgər xəbərlər