Ermənilərin Bərdə terrorunun daha bir QURBANI
05 noyabr 2020 12:35 (UTC +04:00)

Ermənilərin Bərdə terrorunun daha bir QURBANI

Ermənistan silahlıqüvvələrinin Bərdəni atəş ətutması nəticəsində xəsarətalıb xəstəxanada müalicə alan dinc sakin vəfat edib.

Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, oktyabrın 28 Bərdə şəhərinin mərkəzi hissəsinin düşmən tərəfindən raket atəşinə tutulması nəticəsində ağır dərəcəli bədən xəsarətləri almış 1995-ci il təvəllüdlü Paşayev Niftalı Səlim oğlu göstərilmiş tibbi yardımlara baxmayaraq bu gün, stasionar qaydada müalicə olunduğu xəstəxanada vəfat edib.

Qeyd edək ki, sentyabrın 27-dən bu günə kimi Ermənistan silahlı qüvvələri tərəfindən dinc əhalinin ağır artileriyadan atəşə tutulması nəticəsində 405 mülki şəxs yaralanıb, onlardan 43 nəfər ağır vəziyyətdə reanimasiyada stasionar müalicə olunur.

# 715
avatar

Mehman Nəbiyev

Oxşar yazılar