İzmirdə 9 cavabdeh şəxsin işi məhkəməyə göndərildi
05 noyabr 2020 09:56 (UTC +04:00)

İzmirdə 9 cavabdeh şəxsin işi məhkəməyə göndərildi

Türkiyənin İzmir şəhərində baş verən zəlzələdən sonra göndərilən yardımları oğurlamaqda şübhəli bilinən 10 nəfər tutulub.

Lent.az yerli KİV-ə istinadən bildirir ki, oktyabrın 30-da İzmirdə baş verən 6.6 ballıq zəlzələdən sonra fəsadların aradan qaldırılması üçün gətirilən yardımların ehtiyacdan çox götürülməsi aşkar edildikdən sonra şəhər prokurorluğunda cinayət işi açılıb.

Saxlanılan şəxslərdən 2-i tutulub, 4-ü xüsusi nəzarət qaydası olmaqla 6 nəfər sərbəst buraxılıb.

Həmçinin çoxlu sayda insan ölümü və xəsarəti ilə nəticələnən hadisədən sonra açılan cinayət işi ilə bağlı 9 cavabdeh şəxsin işi məhkəməyə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1191

Oxşar yazılar