22
14:59
04 Noyabr 2020

İranda ötən sutkada koronavirusdan 419 nəfər öldü

İranda ötən sutka ərzində 419 nəfər koronavirusdan (COVID 19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Onun sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 36579 nəfərə çatıb.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 8452 nəfər koronavirusa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 646164 nəfərə yüksəlib. Virus daşıyıcılarından 5426 nəfərin vəziyyəti ağırdır.

İranda indiyədək 500400 nəfər koronavirusdan sağalıb.

Dİgər xəbərlər