100
14:03
04 Noyabr 2020

Ağdərədə erməni kapitanın içində olduğu "UAZ" məhv edildi - MN

“Cəbhənin Ağdərə istiqamətində düşmənin UAZ-ı sıradan çıxarılıb”.

Lent.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunub:

"Cəbhənin Ağdərə istiqamətində döyüşlərdə iştirak edən Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının bölmələrinə vurulan atəş zərbəsi ilə xeyli sayda şəxsi heyət məhv edilib və döyüş texnikası sıradan çıxarılıb.

UAZ markalı hərbi avtomobilin sıradan çıxarılması nəticəsində məhv edilən şəxsi heyətlə arasında hərbi hissənin zabiti kapitan Ando Qrikoryan da olub".

Dİgər xəbərlər