“Azərbaycanın ərazi bütövlüyünü hər kəs qeyd-şərtsiz dəstəkləməlidir” - Çavuşoğlu
04 noyabr 2020 14:02 (UTC +04:00)

“Azərbaycanın ərazi bütövlüyünü hər kəs qeyd-şərtsiz dəstəkləməlidir” - Çavuşoğlu

“Avropa Şurası Nazirlər Komitəsinin 130-cu iclasına qatıldıq". 

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin xarici işlər naziri özünün “Twitter” hesabında bildirib.

Onun sözlərinə görə, başqalarının müqəddəs dəyərlərini təhqir etmək ifadə azadlığı hesab oluna bilməz.

“Terrorun istənilən formasını qınayırıq və hamıdan eyni münasibəti gözləyirik”, - Türkiyə XİN başçısı vurğulayıb.

O qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü hər kəs tərəfindən qeyd-şərtsiz dəstəklənməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1207

Oxşar yazılar