20
14:35
03 Noyabr 2020

Uşaqlarda koronavirus aşkar edildikdə... - NAZİRLİKDƏN AÇIQLAMA

“12 yaşından balaca uşaqlarda COVID-19 virusu aşkar edildikdə onlar dərhal sahə pediatrının nəzarəti altına götürülür. Xəstəliyin gedişatına uyğun olaraq, onlar müşahidə altında tutulub, ağırlaşma halları baş verdikdə isə dərhal xəstəxanaya yerləşdirilir”.

Lent.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin nəzdində COVID-19 ilə mübarizənin gücləndirilməsi üçün yaradılmış işçi qrupunun üzvü Sevda Məmmədova bildirib: “Uşaqlar böyüklərlə müqayisədə COVID-19 xəstəliyini simptomsuz və yaxud olduqca yüngül simptomlarla keçirir. Ümumiyyətlə, uşaqlar ölkə üzrə koronavirusa yoluxan xəstələrin təxminən 20 faizini təşkil edir”.

Sevda Məmmədova son günlər ərzində COVID-19 üzrə statistikanın artmasının xəstələnmə riskinin yüksəlməsinə gətirəcəyini bildirib. İşçi qrupunun üzvü koronavirusa qarşı ehtiyat tədbirinə riayət etməyin tələb olunduğunu xüsusi vurğulayıb, virusdan qorunmağa aid olan bir neçə tövsiyəsini bölüşüb: “Hərarət, öskürək və ya tənginəfəslik olarsa dərhal tibbi yardım üçün müraciət edin, insanların çox olduğu qapalı məkanlardan uzaq olmağa çalışın, insanlarla aranızda ən azı 2 metrlik fiziki məsafəni saxlayın, maskadan istifadə edin, sabun-su və ya spirt tərkibli antiseptik vasitələrdən tez-tez istifadə edin, qapalı məkanları daim havalandırın”.

Dİgər xəbərlər