Bakı sakinini döyüb maşınına ziyan vuranlardan biri saxlanıldı
03 noyabr 2020 19:04 (UTC +04:00)

Bakı sakinini döyüb maşınına ziyan vuranlardan biri saxlanıldı

Noyabrın 1-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsində şəxsiyyəti məlum olmayan 3 nəfər xuliqanlıq zəminində Bakı şəhər sakini Z.Kazımovu döyüb və balta ilə ona məxsus “Toyota” markalı avtomobilə maddi ziyan vurublar.

Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Baş Mühafizə İdarəsi və Sabunçu rayon Polis İdarəsi 13-cü Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənlərdən biri Ramana qəsəbə sakini R.Ellazov saxlanılıb, digərlərinin isə tutulması  istiqamətində tədbirlər görülür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1050

Oxşar yazılar