46
19:35
02 Noyabr 2020

İsveçin iki şəhərində Azərbaycana dəstək avtoyürüşü keçirilib

İsveçin Stokholm və Yöteborq şəhərlərində Azərbaycana dəstək məqsədilə avtoyürüş keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Lent.az -a verilən məlumata görə, üzərində “Qarabağ Azərbaycandır!” şüarı yazılmış, Azərbaycan və Türkiyə bayraqları asılmış avtomobillər Stokholm və Yöteborq şəhərlərinin mərkəzi küçələri ilə hərəkət edib. Aksiyaların məqsədi işğalçı Ermənistan ordusunun cəbhə bölgəsindən uzaqda yerləşən Bərdə, Gəncə və digər yaşayış məntəqələrində mülki insanlara qarşı törətdiyi terror aktlarını pisləmək, yerli ictimaiyyətin diqqətini Ermənistanın terrorçu hərəkətlərinə cəlb etməkdir.

Aksiya iştirakçıları dünya dövlətlərini ermənilərin törətdiyi terror aktlarına biganə qalmamağa, mülki insanlara və azyaşlı uşaqlara qarşı erməni terrorunu dayandırmağa çağırıblar.

Dİgər xəbərlər