8
16:44
31 Oktyabr 2020

XİN: Həmsədrlərin çağırışının ardından Ermənistan Tərtər və Ağcabədini atəşə tutur

“Həmsədrlərin atəşkəsə hörmətlə bağlı çağırışının ardından Ermənistan Tərtər və Ağcabədi rayonlarını atəşə tutur”.

Lent.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “Twitter” hesabında bildirilib.

“Ermənistan silahlı qüvvələri Azərbaycanın Tərtər və Ağcabədi rayonlarındakı yaşayış məntəqələrini hədəf alır. Bu, ATƏT-in Minsk Qrupu həmsədrlərinin Cenevrədəki görüşdən sonra humanitar atəşkəsə hörmətlə bağlı çağırışının ardınca baş verir!”, - deyə qeyd olunub.

Dİgər xəbərlər