Maskalar karbon qazının yığılmasına səbəb olur?- CAVAB
31 oktyabr 2020 16:31 (UTC +04:00)

Maskalar karbon qazının yığılmasına səbəb olur?- CAVAB

Koronavirusdan qorunmaq üçün istifadə olunan tibbi maskaların insan sağlamlığı üçün zərərli olması ilə bağlı fikirlər səsləndirənlər olur.

İddialara görə, maska ​​karbon qazının yığılmasına səbəb olur.

Türkiyəli tənəffüs yolları  xəstəlikləri üzrə mütəxəssis  Bərna Erən Kömürcüoğlu, istifadəsi tövsiyə olunan maskaların hər hansı karbon qazı toplanmasına və oksigenin qəbuluna mane olmur.

O bildirib ki, koronavirusdan qorunmaq üçün ağız və burnu örtmək üçün üç qatlı tibbi maska ​​istifadə etmək kifayətdir: “Fərqli maska ​​tiplərindən istifadə edənlər də var. N95 dediyimiz həkimlər tərəfindən çox istifadə olunan müxtəlif növ maskalar var. Bunlar klapanlı və klapansız olur. Klapanlı olanların qarşısında bir örtük var. Bunlar nəfəs aldığımız havanın daha asan buraxılması üçündür. Klapansız maskalarda bir miqdar karbon qazının yığılması mümkündür.

Xüsusilə, səhiyyə işçiləri olaraq bunu 7-8 saat geyirik və davamlı nəfəs alırıq, buna görə yüksək karbon dioksidli hava ala bilirik. Bu hal bəzi insanlarda baş ağrısına və  konsentrasiya pozulmasına səbəb ola bilir".

Bununla belə, həkim qeyd edib ki, insanların N95 maskalarını  çöldə istifadə etmələrini tövsiyə etmir. Bu maskalar COVID-19 testi pozitiv çıxan xəstələrlə təmas zamanı yoluxmaların qarşısını almaq üçün istifadə edilən maskalardır.

# 730
avatar

Aygün İbrahimli

Oxşar yazılar