6
14:46
30 Oktyabr 2020

Düşmənin döyüşə cəlb etdiyi əcnəbilərdən bir neçəsi beynəlxalq axtarışa verildi

Baş Prokurorluqda Ermənistan silahlı qüvvələri tərəfindən döyüşə cəlb edilmiş xarici ölkələrdən gətirilən şəxslərin bir neçəsi barəsində cinayət işi başlanıb.

Baş Prokurorluqdan APA -ya verilən məlumata görə, onlar aşağıdakılardır: Gürcüstan vətəndaşı Vaaqn Çaxalyan - Azərbaycanın Cinayət Məcəlləsinin 100.2, 114.3, 279.3, 318.2 və digər maddələrlə təqsirləndirilən şəxs qismində cəlb olunaraq beynəlxalq axtarışa verilib. Fransa Respublikasının vətəndaşı Gilbert Minassyan - Cinayət Məcəlləsinin 100.2,114.3, 279.3, 318.2 və digər maddələrlə təqsirləndirilən şəxs qismində cəlb olunaraq beynəlxalq axtarışa verilib. Fransa vətəndaşı Hamlet Hovsepiyan - Cinayət Məcəlləsinin 214, 214-1 və digər maddələrlə təqsirləndirilən şəxs ismində cəlb olunaraq beynəlxalq axtarışa verilib. ABŞ vətəndaşı Aruşan Badasyan - Cinayət Məcəlləsinin 214, 279, 318 və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, beynəlxalq axtarışa verilib. Belarus vətəndaşı Serov Sergey Valeryeviç - Cinayət Məcəlləsinin 214, 279, 318 və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq beynəlxalq axtarışa verilib. Fransa vətəndaşı Artur Ohannisyan - Cinayət Məcəlləsinin 100.2, 114.3, 279.3, 318.2 və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq beynəlxalq axtarışa verilib.

Bundan başqa, Fransa vətəndaşı Sipan Koroğluyan, Sipan Muradyan, Yunanıstan vətəndaşı Aren Osipov, İspaniya Krallığının vətəndaşı Armen Knyazyan, Livan vətəndaşı Gevrq Haciyan, Suriya vətəndaşı Stepan Keşişyan, Kanada vətəndaşı Kristofer Artin, Fransanın Marsel şəhərindən olan adları müəyyənləşməmiş 15 nəfər adları məlum olmayan şəxslə bağlı Azərbaycanın Baş Prokurorluğunun İstintaq İdarəsində 2 cinayət işinin istintaqı aparılır.

Dİgər xəbərlər