"Quran"ı yandıran partiya lideri Almaniyadan QOVULDU
30 oktyabr 2020 14:05 (UTC +04:00)

"Quran"ı yandıran partiya lideri Almaniyadan QOVULDU

Almaniya Danimarkanın “Stram Kurs” radikal partiyasının lideri Rasmus Paludanı ölkədən deportasiya edib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb onun ölkəyə girişinin qadağan olunmasına baxmayaraq, yenidən Almaniyaya gəlməsidir.

Qeyd edək ki, R.Paludan Danimarkada İslama qarşı çıxanların simvolu hesab olunur və o, "Quran" kitabını yandırmaqla tanınır.

İslama qarşı olan Paludan atasının İsveç vətəndaşı olduğu üçün buna onun da vətəndaşlıq haqqının çatdığını bildirib və avqust ayında "Quran" kitabını yandırmaq üçün getdiyi İsveçin Malmö şəhərinə buraxılmadığı üçün ölkəyə təzminat davası (təxminən 96 min avro) açıb. Eyni zamanda R.Paludan bildirib ki, İsveçdə də "Quran" kitabını yandırmağa davam edəcək.

# 1138
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar