Strateji valyuta ehtiyatlarımız nə qədərdir? - AÇIQLAMA
30 oktyabr 2020 12:18 (UTC +04:00)

Strateji valyuta ehtiyatlarımız nə qədərdir? - AÇIQLAMA

Bir çox ölkədə karantin rejiminin sərtləşdirilməsi neftə tələbatın davamlı bərpasına mane olur.

"APA-Economics"in verdiyi xəbərə görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında deyib.

Onun özlərinə görə, "Brent" markalı neftin orta qiyməti sentyabr-oktyabr aylarında 42 dollar səviyyəsində olub.

"İlin əvvəlindən ölkənin xarici ticarət balansı profisitli olaraq qalır. Bu da strateji valyuta ehtiyatların qorunmasına şərait yaradır. Hazırda strateji valyuta ehtiyatlarımız 50 milyard dollardan çoxdur və bu, ÜDM-in 100 faiz səviyyəsini üstələyir", - E. Rüstəmov qeyd edib.

O əlavə edib ki, Mərkəzi Bankın valyuta ehtiyatları ilin əvvəlindən artmaqda davam edib və artım 3,4 faiz təşkil edib.

# 952
avatar

Oxşar yazılar