15 yaşlı fenomendən Azərbaycana dəstək: “Qarabağ Azərbaycanındır!” - FOTO
28 oktyabr 2020 11:04 (UTC +04:00)

15 yaşlı fenomendən Azərbaycana dəstək: “Qarabağ Azərbaycanındır!” - FOTO

15 yaşlı “İnstaqram” fenomeni Can Dilekçi makiyaj edərək Azərbaycana dəstək olub.

Lent.az xəbər verir ki, makiyaj sənətçisi kimi tanınıb məşhurlaşan Can Dilekçi “İnstaqram” hesabında post paylaşaraq Azərbaycana dəstəyini nümayiş etdirib.

Belə ki, məşhur fenomen makiyaj məhsulları vaistəsilə üzündə Azərbaycan bayrağı və xəritəsini çəkdiyi fotolarını paylaşaraq “Qarabağ Azərbaycandır!” sözlərini yazıb:

“Bir millət, iki dövlət... Qarabağ da daxil hamısı Azərbaycanındır. Azərbaycanda yaşanan hadisələrə görə çox üzgünəm. Allah şəhidlərin yerlərini cənnət etsin və ailələrinə səbr versin”.

Qeyd edək ki, 2005-ci ildə Kastamonuda dünyaya gələn Can Dilekçi makiyaj etdiyi paylaşımları ilə diqqət çəkir. Tanınmış fenomenin “Youtube” hesabında 25 min, “İnstagram” hesabında isə 108 min abunəçisi var.

 

# 2125
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar