“Ermənistan ordusu Bərdəyə kasetli raketlər atıb” - Hikmət Hacıyev
27 oktyabr 2020 18:38 (UTC +04:00)

“Ermənistan ordusu Bərdəyə kasetli raketlər atıb” - Hikmət Hacıyev

“ANAMA-nın verdiyi məlumata görə, Ermənistan ordusu Bərdədə mülki şəxslərə “Smerç” qurğusundan kasetli raketlərlə hücum edib”.

Lent.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında bildirib.

“Mülki insanlara qarşı kasetli raketlərin istifadəsi qadağandır. İki yaşlı körpə qız da daxil olmaqla, 4 mülki şəxs həlak olub, 13 mülki şəxs yaralanıb. Kasetli raketdən istifadə olunduğu üçün itki çoxdur”, - H. Hacıyev vurğulayıb.

# 652
avatar

Oxşar yazılar