Sabahın hava PROQNOZU
26 oktyabr 2020 13:37 (UTC +04:00)

Sabahın hava PROQNOZU

Oktyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 13-16, gündüz 20-24, Bakıda gecə 14-16, gündüz 22-24 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 765 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şərq rayonlarında yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-15, gündüz 21-26, dağlarda gecə 6-11, gündüz 15-20 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə isə oktyabrın 27-28-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

# 703
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar