14
14:58
25 Oktyabr 2020

Rəşad Sadıqov "Qarabağ"a qarşı ilk oyuna çıxacaq

Bu gün Azərbaycan Premyer Liqasında VII tuşun son iki oyunu keçiriləcək.

Apasport.az saytının məlumatına görə, bu qarşılaşmalarla çempionatın I dövrəsinə yekun vurulacaq.

Hər iki matç Bakıda baş tutacaq. Günün ilk görüşündə “Sabah” “Sumqayıt”la üz-üzə gələcək.

Liderliyi “Neftçi”yə verən Ayxan Abbasovun yetirmələri zirvəni qaytarmaq üçün mütləq qalib gəlməlidir. Ardıcıl uğursuzluqları sıralayan “Sabah” isə iddiaları ilə üst-üstə düşməyən nəticələrə son qoymağa çalışacaq. Bu baş verməsə, baş məşqçi Visente Qomesin istefası gündəmə gələ bilər.

Tura son çempionun oyunu ilə yekun vurulacaq. “Qarabağ” səfərdə “Zirə” ilə üz-üzə gələcək. Meydan sahibləri qələbə sayəsində lider olmaq şansına malikdir. Lakin bunun üçün “Sumqayıt”ın da xal itirməsi vacibdir.

Ehtiyatda bir oyunu olan “Qarabağ” isə mövqeyini yaxşılaşdırmaq üçün turu itkisiz keçməlidir. Bu matç “Zirə”nin baş məşqçisi Rəşad Sadıqovun uzun illər şərəfini qoruduğu “Qarabağ”a qarşı bu postdakı ilk görüşü olacaq.

Qeyd edək ki, turun ilk günündə “Neftçi” “Keşlə”ni bir qolla məğlubiyyətə uğradıb, “Qəbələ” və “Səbail”in dueli heç-heçə başa çatıb – 1:1.

Azərbaycan Premyer Liqası
VII tur
25 oktyabr (bazar)

14:00. “Sabah” – “Sumqayıt” - 0:1
Qol:
Əli Qurbani, 27
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Rauf Allahverdiyev
“Sabah”: 1. Saşa Stamenkoviç (k), 90. Ramil Şeydayev, 14. Slavik Alxasov, 13. Filip İvanoviç, 30. Mario Marina, 10. Yevgeni Koçuk, 18. Xulio Sezar Rodriqez, 5. Nikola Vuyadinoviç, 11. Ozan Can Kökcü, 2. Amin Seydiyev, 77. Veysəl Rzayev
Ehtiyat oyunçular: 12. Alvaro Villete, 94. Nicat Mehbalıyev, 8. Elşən Abdullayev, 7. Coşqun Diniyev, 15. Ruslan Abışov, 17. Məhəmməd Mirzəbəyov, 46. Aleksey İsayev, 23. Amadu Diallo, 3. Ulise Diallo, 60. Abbas Ağazadə, 29. Ceyhun Nuriyev
Baş məşqçi: Visente Qomez
“Sumqayıt”: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 97. Xəyal Nəcəfov, 14. Elvin Bədəlov, 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 33. Eltun Turabov, 5. Camaləddin Xocaniyazov, 9. Əli Qurbani, 21. Adəm Həmati, 17. Murad Xaçayev
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 71. Hüseynəli Quliyev, 60. Elvin Məmmədov, 22. Cavid İmamverdiyev, 4. Kərəm Sultanov, 19. Nurlan Quliyev, 30. Nəbi Məmmədov, 88. Cavid Quliyev, 20. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə
Baş məşqçi: Ayxan Abbasov
“Bank Respublika Arena”

16:00. “Zirə” – “Qarabağ”
Hakimlər:
Rəvan Həmzəzadə, Zeynal Zeynalov, Cəmil Quliyev, Əliyar Ağayev
Zirə İdman Kompleksinin stadionu

1

Neftçi

7

4

1

2

7-6

13

2

Sumqayıt

6

3

2

1

9-6

11

3

Zirə

6

3

1

2

8-8

10

4

Keşlə

7

2

3

2

6-5

9

5

Qarabağ

5

2

2

1

8-4

8

6

Sabah

6

2

0

4

6-7

6

7

Səbail

6

1

2

3

7-9

5

8

Qəbələ

7

0

5

2

4-10

5

Bombardirlər: Əli Qurbani ("Sumqayıt"), Namiq Ələsgərov (“Neftçi”) - 5 qol.

Dİgər xəbərlər