"İşğal olunmuş ərazilərin mühüm hissəsini azad edə bildik" - Prezident
25 oktyabr 2020 10:20 (UTC +04:00)

"İşğal olunmuş ərazilərin mühüm hissəsini azad edə bildik" - Prezident

"Sentyabrın 27-də döyüşlərə başlayan Azərbaycan olmamışdır. Bu vaxta kimi heç bir ölkənin rəsmi nümayəndəsi bu məsələni bizim qarşımızda qaldırmayıb".

APA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ-ın “Fox News” televiziya kanalına müsahibəsində bildirilb.

Prezident deyib ki, sentyabrın 27-də hücuma keçən Ermənistan olub və məqsəd danışıqlar prosesini tamamilə pozmaq idi: "Onlar az və ya çox eyni hərəkəti iyul ayında da etmişdilər. O zaman onlar Ermənistan-Azərbaycan dövlət sərhədində bizim qüvvələrimizə hücum etdilər. Onlar acı məğlubiyyətlə üzləşdilər. Sonra onlar avqustda hərbi mövqelərimizə nüfuz etmək, mülki şəxslərimizə və hərbi qulluqçularımıza hücum etmək üçün diversiya qrupu göndərdilər. Sentyabrın 27-də onlar ağır silahlarından artilleriya bombardmanına başladılar və hücumun ilk saatlarında bizdə mülki şəxslər və hərbi qulluqçular arasında qurbanlar olmuşdur. Bu vaxta kimi mülki şəxslər arasında 63 nəfər öldürülmüşdür və demək olar ki, 300 nəfər mülki şəxs yaralanmışdır. Beləliklə, bu hücuma başlayan Ermənistan idi, biz özümüzü müdafiə etməli və cavab verməli idik. Bizim cavabımız çox adekvat olmuşdur və nəticədə biz işğal olunmuş ərazilərin mühüm hissəsini azad edə bildik".

# 691
avatar

Oxşar yazılar