Ucarda ana və oğlunu maşın vurdu
20 oktyabr 2020 11:10 (UTC +04:00)

Ucarda ana və oğlunu maşın vurdu

Ucarda ana və azyaşlı oğlunu maşın vurub.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün rayonun Oğuz küçəsində qeydə alınıb. Belə ki, Ucar rayonunun Alpout kənd sakini, 1979-cu il təvəllüdlü Gündüz Çingiz oğlu Mürsəlov idarə etdiyi "VAZ-21011" markalı minik avtomobili ilə yolu keçmək istəyən, 1990-cı il təvəllüdlü Mətanət Abduləli qızı Məmmədovanı və onun 2013-ci il təvəllüdlü oğlu Coşqun Daşqın oğlu Məmmədovu vurub.

Hər iki zərərçəkən Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.    

# 451
avatar

Oxşar yazılar